Gürcüstanın yeni hökumətinin tərkibi noyabrın 25-də parlamentə təqdim ediləcək

Gürcüstan hökumətinin yeni tərkibi və hökumətin dördillik proqramı etimad səsverməsinə çıxarılması üçün noyabrın 25-də parlamentə təqdim ediləcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib. O, bütün nazirliklərə hökumət proqramının bütün detallarını dəqiqləşdirmək üçün tapşırıq verdiyini deyib.

“Hər bir aspekt aydın şəkildə müəyyən edilməlidir. Proqramımız növbəti dörd il ərzində ölkəni tamamilə yeni inkişaf mərhələsinə yüksəltmək üçün iddialı vizyonu əks etdirir", - deyə Kobaxidze bildirib.