Gürcüstan Prezidenti Salome Zurabişvili 26 oktyabr parlament seçkilərinin nəticələrinin konstitusiyaya zidd kimi tanınması iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.
“Konstitusiya Məhkəməsinə etimad olmasa da, bu iddianın qaldırılması çox vacibdir. Bu məhkəmənin müstəqilliyinə məhkəmənin özü son qərarları ilə böyük zərbə vurdu. Prezident bu qanuni yolu tətbiq edir ki, bütün hüquqi məkandan, bütün hüquqi mexanizmlərdən istifadə olunsun”, - Prezidentin nümayəndəsi Eka Beseliya bildirib.