Çinin Şanxay şəhərində robotun digər robotları “oğurlaması” sosial mediada trend mövzusuna çevrilib. Təhlükəsizlik kameralarına düşən görüntülərdə kiçik bir robotun salondakı 12 böyük robotu “işlərini tərk etməyə” inandıraraq onları sürüyərək çölə çıxardığı görünür.
Sherg.az xəbər verir ki, avqust ayında baş verən hadisənin görüntüləri keçən həftə Çinin TikTok kimi tanınan Douyin platformasında yayılıb. Videolarda balaca robot salondakı digər robotlarla dialoqa girir və əvvəlcə iki robotu “evə qayıtmağa” inandırır. Sonra qalan 10 robot onlara qoşulur və bütün robotlar salondan ayrılır.
Kadrlarda balaca robot böyük robotlardan birinə “İş vaxtından artıq işləyirsən?” deyə soruşur. deyə soruşur. “Mən heç vaxt bitməmişəm” cavabı verilir. Balaca robot deyir: "Onda evə getmirsən?" soruşaraq “Evə get” əmri ilə digər robotları da çıxarmağı bacarır.
Əvvəlcə əyləncəli fantastika kimi görünən hadisəni salona sahib olan şirkət də təsdiqləyib. Şirkət hadisənin real olduğunu və sınaq məqsədilə həyata keçirildiyini açıqlayıb. Şirkət rəsmiləri kiçik robotun onların öz modeli olduğunu və digər robotları "inandırmaq" vəzifəsini uğurla yerinə yetirdiyini bildiriblər.
Lakin hadisədən sonra bəzi sosial media istifadəçiləri robotların bu səviyyədə qabaqcıl sosial qabiliyyətlər nümayiş etdirməsinin "qorxulu" olduğunu qeyd ediblər. Təhlükəsizliklə bağlı narahatlıqlar artdıqca, süni intellektin təhlükəsizlik və etik məsələləri yenidən gündəmə gəlib.