Ekspert: Müəllimlərin peşə standartları qəbul edilməlidir
08:33 20.11.2024
Elm və Təhsil
663
Bu, təhsildə keyfiyyəti artırmaq, müəllimlərin peşəkar inkişafına dəstək olmaq üçün mühüm bir addım olardı
“Müəllimlərin peşə standartları qəbul edilməlidir. Bu standartların hələ də qəbul edilməməsi ciddi boşluq yaradır”.
Bu fikri “Sherg.az”a açıqlamasında müəllimlərin peşə standartlarının qəbulu ilə bağlı aparlılan müzakirələrə cavabında Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib.
K.Əsədov qeyd edib ki, müəllimlərin peşəkarlığı yalnız fərdi bilik və təcrübələrə deyil, həm də dövlət səviyyəsində müəyyən edilmiş konkret standartlara əsaslanmalıdır. Bu standartların olmaması həm müəllimlərin hazırlıq prosesində qeyri-müəyyənlik yaradır, həm də onların iş fəaliyyətinin obyektiv şəkildə qiymətləndirilməsini çətinləşdirir:
- Müəllim kadrlarını nəyin əsasında hazırlayırıq, sualı əslində təhsil sistemimizin ən vacib strateji məsələlərindən birini gündəmə gətirir. Hazırda müəllim hazırlığı əsasən universitetlərdə pedaqoji təhsil proqramlarına əsaslanır. Lakin bu proqramların məzmununun, metodikasının və praktikaya yönümlülüyünün nə dərəcədə müasir tələblərə cavab verdiyini sorğulamaq vacibdir. Müəllimlərin hazırlanması üçün yalnız akademik biliklər kifayət etmir; onların sosial, emosional və texnoloji bacarıqlarının inkişafı da diqqət mərkəzində olmalıdır. Bu da ancaq peşə standartlarının yaradılması və tətbiqi ilə mümkün ola bilər. “Bugünkü Azərbaycan müəllimi kim olmalıdır”, sualına cavab olaraq qeyd edim ki, müəllim yalnız bilikləri ötürən şəxs deyil, həm də lider, motivator və şəxsiyyətin formalaşmasına təsir edən bir fiqurdur. Müəllimlər həm fənn üzrə mükəmməl biliklərə sahib olmalı, həm də innovativ tədris metodlarını tətbiq edə bilməlidir. Müasir dövrün tələblərinə cavab verən Azərbaycan müəllimi pedaqoji biliklər və təcrübə baxımından yüksək səviyyədə olmalı, şagirdlərdə tənqidi düşünmə və problemlərin həlli bacarıqlarını formalaşdırmalıdır. Bu günün müəllimi şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq, onlarla empatiya qura bilməli, ekoloji və qlobal mövzularla bağlı məlumatlı olmalı və şagirdləri dayanıqlı inkişaf məqsədlərinə uyğun tərbiyə etməlidir. Hər bir fənn üzrə də müəllimin hansı kriteriyalara cavab verməli olduğu standartlar var və bunlar fərqlidir. Lakin bu kriteriyalar hələlik rəsmi olaraq qəbul edilməyib və müəllimlərin fəaliyyətinin obyektiv qiymətləndirilməsi üçün bir çərçivə formalaşdırılmayıb. Bu, həm təhsil sisteminin inkişafını ləngidir, həm də müəllimlərin öz fəaliyyətlərində aydın məqsədlər təyin etməsini çətinləşdirir. Dünya təcrübəsinə nəzər saldıqda, müəllim peşə standartlarının təhsil sisteminin təkmilləşdirilməsində əsas rol oynadığı görünür. Məsələn, Finlandiyada müəllimlərin peşə standartları həm pedaqoji təhsilin məzmununu, həm də onların işdəki fəaliyyətlərini tənzimləyir. Müəllimlər yalnız biliklər üzrə deyil, həm də sosial və emosional bacarıqlarına görə qiymətləndirilir. Azərbaycanda da müəllim peşə standartlarının yaradılması təhsildə keyfiyyəti artırmaq, müəllimlərin işinə obyektiv qiymət vermək və onların peşəkar inkişafına dəstək olmaq üçün mühüm bir addım olardı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət