Rusiya Ermənistanla razılaşmaların bütün spektrinə sadiqdir və hərbi-siyasi sahədə öz öhdəliklərindən imtina etmir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya-Ermənistan ictimai forumunda bildirib.
“Moskva həm ikitərəfli səviyyədə, həm də Avrasiya məkanında birlik çərçivəsində bütün razılaşmalara sadiq olub və sadiq qalır. Biz müttəfiqlərimiz qarşısında, o cümlədən hərbi-siyasi sahədə öhdəliklərimizdən imtina etmirik”, - Qaluzin vurğulayıb.