80 milyard dollar dəyərində!
Dünyanın ən böyük və ən zəngin qızıl yatağı Çində aşkar edilib. Min ton qiymətli metalın olduğu güman edilən qızıl yatağından götürülən süxur nümunələrində filizin hər tonunda 138 qram xalis qızıl ola biləcəyi üzə çıxıb.
Sherg.az xəbər verir ki, filizin hər tonunda cəmi səkkiz qram xalis qızıl olduğu halda yüksək keyfiyyətli hesab edildiyini nəzərə alsaq, yeni kəşf mütləq dünyanın ən qiymətli qızıl mədəninə çevriləcək. Kəşfiyyatı həyata keçirən geoloqlar bildirirlər ki, kəşfin baş verdiyi ərazidə hələ tapılmamış damarlar daha çox ola bilər.
Geoloqlar hesab edirlər ki, burada min ton qiymətli metal tapmaq olar.
Bu “super nəhəng qızıl yatağının” dəyərinin 80 milyard dolları ötdüyü təxmin edilir ki, bu da onu planetin ən zəngin qızıl mənbəyinə çevirir.
Filiz kəşfiyyatı üsullarından və üçölçülü geoloji modelləşdirmədən istifadə edərək geoloqlar Vanqu qızıl yatağının altındakı nəhəng ehtiyatların strukturunun xəritəsini çəkiblər.
Kəşf hətta əvvəllər dünyanın ən böyük ehtiyatı olan Cənubi Afrikadakı 3000 metr dərinlikdəki Cənubi Dərin mədənində basdırılan 900 tonluq ehtiyatı üstələyib.
Kəşfiyyatı həyata keçirən geoloqlar deyirlər ki, hələ tapılmamış daha çox damarlar ola bilər.