Cənubi Koreya müxalifəti bu gündən etibarən prezident Yun Sok Yolun impiçment prosesinin başlandığını elan edib. Bu barədə “Yonhap” İnformasiya Agentliyi məlumat yayıb. Y. S. Yol ölkədə yaranmış gərgin hərbi-siyasi vəziyyət fonunda hərbi vəziyyət elan edib. Bir qədər sonra isə müxalifətin və xalqın təzyiqləri nəticəsində qərar ləğv olunub. Bundan sonra Parlamentdə çoxluğa sahib olan Liberal-Demokrat Partiyası Cənubi Koreya liderini vəziyyətin sabitləşdirilməsi üçün istefaya çağırıb. Xatırladaq ki, Yun Sok Yol impiçmentə məruz qalarsa bütün imtiyazlardan məhrum ediləcək və onun taleyi ilə bağlı yekun qərarı məhkəmə çıxaracaq. O vəzifəsini itirsə ölkənin idarəçiliyi müvəqqəti olaraq Nazirlər Kabinetinə həvalı olunacaq.
Konfliktoloq Elman Vəliyev “Sherg.az”a bildirib ki, iqtidar müxalifəti Şimali Koreyaya dəstək göstərdiyi iddiası ilə ölkədə hərbi vəziyyət elan etdi:
“Fikrimcə, iqtidar parlamenti müxalifətdən təmizləməyə çalışır. Xalq izdihamı isə hərbi vəziyyətə görədir. Onlar bu qərarın mənasız olduğunu düşünürlər. Ordu hazırda iqtidarın əlində olduğu üçün istədiklərinə nail olmaq daha asandır. Lakin xalq izdihamı, mütləq, təsirini göstərəcək. Hərbi vəziyyətin aradan qaldırılması üçün parlamentdə səs çoxluğu lazımdır. Müxalifət vəziyyətin aradan qaldırılmasına tərəfdar olacaq. Prezident Yol impiçmentlik fəaliyyət göstərib deyə bilərəm. Çünki hərbi vəziyyət elan edərkən Baş nazir ilə məsləhətləşməmişdi. Hərbi vəziyyəti müdafiə naziri ilə bir yerdə icra etdi. Onu da deyim ki, müdafiə naziri prezidentin parta yoldaşı olub. Bu kimi hadisələr göstərir ki, demokratiya demokratura ilə əvəzlənib”.
Politoloq söyləyib ki, nəhkəmə gedişatı düzgün qiymətləndirsə, prezidentin əleyhinə müddəaların olduğunu görə bilər:
“Təbii ki, bu ölkəni uçuruma aparmayacaq, amma artıq sonun başlanğıcını qoyacaq. Bir şey baş veribsə, o mütləq ikilənəcək. Şimal və Cənub arasında münasibətlərin normallaşması artıq çətin görsənir. Gürcüstanın ardınca C. Koreya hadisələri görsədir ki, iqtidar-müxalifət cütlüyü ölkədə böyük rol oynayır və bunlara əsas təsiredici qüvvə xalqdır. Xalqın gücünü nə top, nə tüfəng kəsə bilər”.