Tbilisidə növbəti aksiya keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.

Teleqraf.com xəbər verir ki, Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Parlament binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda aksiya dinc şəraitdə davam edir.

Bugünkü aksiyada müxtəlif ali məktəblərdə təhsil alan çox sayda tələbə də iştirak edir. Onlar şəhərin müxtəlif yerlərindən parlament tərəfə yürüş edərək aksiya iştirakçılarına qoşulublar.

Mitinqin əsas tələbləri azad və ədalətli təkrar parlament seçkilərinin keçirilməsi və etirazlar zamanı həbs edilən şəxslərin azadlığa buraxılmasıdır.