Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə yeni danışıqlara hazırdır.
Axar.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
“Bu belə olmalıdır və mən yenə də zəng edəcəm. Ancaq bu barədə heç bir illüziyaya qapılmamalısınız”, - o bildirib.
Şolts əlavə edib ki, söhbət onu məyus edib, çünki Rusiya lideri sadəcə olaraq öz mövqelərini təkrarlayıb.
Almaniya kanslerinin sözlərinə görə, telefon danışığı lazım idi, çünki Berlin Ukraynaya dəstəyini davam etdirəcəyini açıq şəkildə bildirib.
Qeyd edək ki, Putin və Şolts arasında iki illik fasilədən sonra ilk telefon danışığı Berlinin təşəbbüsü ilə noyabrın 15-də baş tutmuşdu.