G7 liderləri Suriyanın ərazi bütövlüyünü, milli birliyini, müstəqilliyini və suverenliyini qorumaq əzmini vurğulayıblar.
APA xəbər verir ki, bu barədə “Yeddilik” ölkələrinin liderləri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya)Suriya ilə bağlı bəyanatda bildirilib.
G7 liderləri birgə bəyanatda Suriyanın ərazi bütövlüyünü, milli birliyini, müstəqilliyini və suverenliyini qorumaq əzmində olduqlarını vurğulayıblar.
"Biz, Suriyanın xalqına olan bağlılığımızı bir daha təsdiq edir və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin prinsiplərinə uyğun olaraq, Suriya tərəfindən həyata keçirilən inklüziv siyasi keçid prosesinə tam dəstəyimizi bəyan edir və bütün tərəfləri Suriyanın ərazi bütövlüyünü və milli birliyini qorumağa, müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşmağa çağırırıq", - bəyanatda qeyd edilib.