Cənubi Koreyanın xarici işlər naziri tezliklə ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparacaq.
APA xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul parlamentə bildirib.
Nazir Prezident Yun Suk Yeolun qısamüddətli hərbi vəziyyət elanından sonra diplomatiyanı canlandırmaq səyləri çərçivəsində Blinkenlə şəxsən görüşməyi gözlədiyini də bildirib.