Erməni terorçuları PKK-ya belə dəstək verdi - Video

Erməni terrorçu Nubar Ozanyanın adını daşıyan terror qruplaşması PKK/YPG-yə dəstək verdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bununla bağlı terror qruplaşması Ayn əl-Ərəb (Kobani) bölgəsindəki tunellərin birində videomüraciət ünvanlayıb.

Qeyd edək ki, “Nubar Ozanyan” Suriyanın şimalında PKK/YPG təşkilatının nəzdində fəaliyyət göstərir və əsasən yerli ermənilərdən formalaşdırılıb. Terror qruplaşmasının adını daşıdığı Nubar Ozanyan 2017-ci ildə Rakkada İŞİD tərəfindən məhv edilib.

Qruplaşma 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Qarabağa göndərilmişdi. Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Erməni terror təşkilatı Nubar Ozanyan Suriyanın Ayn əl-Ərəb bölgəsindəki tunellərdən yayımladığı video ilə terror təşkilatı PKK/YPG-yə dəstək verdiyini açıqlayıb.

Terror təşkilatı Suriyanın şimalında erməni maraqlarını müdafiə etmək üçün yaradılıb və Qarabağdakı müharibələrdə də iştirak edib.