İsrail qüvvələri Qəzza zolağında qəsdən su aclığı yaradır. İsrail Qəzzaya su təchizatını məhdudlaşdırdığı üçün soyqırım və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunur. Su qıtlığı səbəbindən əhalinin çirkli mənbələrə üz tutması xüsusilə uşaqlar arasında ölümcül xəstəliklərin epidemiyasına səbəb olub. Peyk görüntüləri Qəzzadakı 54 su anbarından 11-nin tamamilə məhv edildiyini, digər 20-də isə zərər əlamətlərinin olduğunu ortaya qoyub.
Sherg.az xəbər verir ki, "Human Rights Watch"-un yeni hesabatında İsrailin Qəzzaya su axınını qəsdən məhdudlaşdırmasının soyqırım, insanlığa qarşı cinayət olduğunu müəyyən edib.
Təşkilat Qəzzada 14 aydır davam edən müharibə zamanı İsrailin su infrastrukturuna hücumlarını araşdırıb.
Ölkədəki ifrat sağçı nazirlərin Qəzzanın suyunun kəsiləcəyi ilə bağlı açıqlamaları bu niyyətin sübutu kimi göstərilir.
“Məhv və Soyqırım Aktları” başlıqlı 184 səhifəlik hesabat Beynəlxalq Amnistiya Təşkilatının bu ay dərc etdiyi və İsrailin Qəzzada soyqırım törətdiyi qənaətinə gələn hesabatdan sonra hazırlanıb.
"İsrailin ən yüksək vəzifəli şəxsləri su və kanalizasiya infrastrukturunun qəsdən məhv edilməsi, zədələnmiş su və kanalizasiya infrastrukturunun təmirinə maneçilik, su, elektrik və yanacağa kəsilmə və ya ciddi məhdudiyyətlər daxil olmaqla, dağıntılara görə məsuliyyət daşıyırlar", - hesabatda deyilir.
Bu hərəkətlər çox güman ki, minlərlə insanın ölümünə səbəb olub və müharibədən sonra da ölümlərə səbəb olacaq.
Müharibə başlayandan bəri qeydə alınan kəskin sulu ishal hallarının sayı 670 minə yaxın, hepatitin əlaməti olan sarılıq hallarının sayı isə 132 mini ötüb.
Susuzlaşdırma və qida çatışmazlığının birləşməsi ümumi əhalinin xəstəliklərə qarşı immunitetini zəiflədir.
Qəzzanın içməli suyun böyük hissəsi İsrail Su İdarəsi tərəfindən idarə olunan üç boru kəməri və duzsuzlaşdırma qurğularından gəlir.
Bu boru kəmərləri müharibənin əvvəlində kəsilib və yalnız qismən açılıb.
Peyk görüntüləri Qəzzada olan 54 su anbarından 11-nin tamamilə və ya böyük ölçüdə məhv edildiyini, digər 20-də isə zədələnmə əlamətlərinin olduğunu göstərib.