Putin: Bəşər Əsədlə hələ görüşməmişəm

Rusiya Prezidenti Vladimir Putin Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Moskvaya qaçandan sonra onunla görüşmədiyini bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Putin bu barədə ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında qeyd edib.

"Əsəd Moskvaya gəldikdən sonra onu hələ də görməmişəm. Lakin onunla görüşməyi planlaşdırıram", - Putin vurğulayıb.