ABŞ Dövlət Departamentinin nümayəndə heyəti təhlükəsizlik səbəbi ilə Dəməşqdə mətbuat konfransını ləğv edib.
APA AFP-yə istinadən xəbər verir ki, bu barədə ABŞ səfirliyinin rəsmisi məlumat verib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri Suriyanın yeni hakimiyyəti ilə müzakirələr aparmaq üçün Dəməşqə səfər edib.