Ukrayna Rusiya qazının Avropaya nəqlini dayandıracaq

“Ukrayna yanvarın 1-dən Rusiya qazının Avropaya tranzitini dayandıracaq”.

APA-nın “strana.ua”ya istinadən xəbərinə görə, bunu ölkənin Baş naziri Denis Şmıqal deyib.

Onun sözlərinə görə, ölkəsi yalnız Avropa Komissiyasının sorğusu əsasında Avropaya məxsus olacaq mavi yanacağın “qoca qitə”yə göndərilməsini həyata keçirə bilər.

Hökumət başçısının sözlərinə görə, həmin variant Avropa qazı Rusiya ilə sərhəd olan bölgələrdən nəql edərsə, mümkündür: “Bu halda isə həmin qaz Rusiyaya deyil, Avropaya məxsus olacaq”.

Xatırladaq ki, bir qədər əvvəl Slovakiyanın Baş naziri Robert Fitso belə bir qərarın iki dövlət arasında ciddi münaqişəyə yol açacağını bildirib.