Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın Deyr əz-Zor əyalətində həyata keçirdiyi dəqiq hava hücumunda Mahmud ləqəbli İŞİD lideri Əbu Yusifi zərərsizləşdirib.
APA xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
Qeyd edilib ki, dekabrın 19-da ABŞ Mərkəzi Komandanlığı qüvvələri Suriyanın Deyr əz-Zor əyalətində İŞİD lideri Əbu Yusifə qarşı dəqiq hava zərbəsi endirib. Nəticədə Əbu Yusif də daxil olmaqla iki İŞİD üzvü öldürülüb.
Hücumun əvvəllər Suriya rejimi və rusların nəzarətində olan bölgədə həyata keçirildiyi bildirilib.