Ukrayna dondurulmuş Rusiya aktivlərinin gəlirlərini almağa başlayır

Ukrayna dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərdən ilk vəsaitləri almağa başlayır.

"Sherg.az" Kyivİndependent-ə əsasən xəbər verir ki, bu barədə Baş nazir Denis Şmıqal dekabrın 20-də verdiyi açıqlamada bildirib ki, Ukrayna G7-nin dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəətlə əhatə olunan 50 milyard dollarlıq krediti çərçivəsində artıq ABŞ-dan vəsait alır.