Ukraynanın hücumu: Ordu generalı təcili Kurska getdi

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Yunus-Bek Yevkurov Kursk vilayətinə səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat verib.

Onun sözlərinə görə, Yevkurov Kurka birbaşa Belqoroddan gedib.

“Bəlli səbəblərtdən danışığın detallarını açıqlamayacağam”, - Xinşteyn bildirib.

Qeyd edək ki, bu gün Ukrayna ordusunun Kursk istiqamətində böyük hücuma keçdiyi ilə bağlı məlumatlar yayılıb.