PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iordaniyalı həmkarı Ayman Safadi ilə birgə mətbuat konfransında deyib.
“Biz terror təşkilatı PKK/YPG-nin mövcud vəziyyətdən sui-istifadə etməməsi, silahı yerə qoyması və yeni idarəçiliyə qoşulması barədə müzakirələr apardıq”, - Fidan bildirib.
Türkiyə XİN rəhbəri qeyd edib ki, PKK/YPG-nin varlığının aradan qaldırılması an məsələsidir: “PKK/YPG terror qruplaşması Suriyada silahlarını mümkün qədər tez yerə qoymalıdır”.
Hakan Fidan onu da qeyd edib ki, Qərb kəşfiyyat təşkilatları region ölkələrinin təhlükəsizliyini pozmaq üçün terror təşkilatlarına sızırlar.