İranın nüvə proqramı ilə bağlı vəziyyət pisləşir.
Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron qeyd edib ki, nüvə proqramının sürətləndirilməsi Qərbi kritik nöqtəyə çox yaxınlaşdırır.
Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “CCTV China” telekanalına verdiyi müsahibəsində deyib ki, biz İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazırıq:
"2 ildən artıq 5+1 ölkələri ilə xoş niyyətlə danışıqlar apardıq. Nəhayət, bütün dünyanın diplomatiyanın nailiyyəti kimi qəbul etdiyi və alqışladığı razılığa gələ bildik. İran hələ də nüvə proqramı ilə bağlı təxirə salınmadan konstruktiv danışıqlara getməyə hazırdır. Avropa ölkələri ilə danışıqların bir raundu keçirilib. Bu danışıqların ikinci raundu təyin olunub və yaxın iki həftə ərzində üç Avropa ölkəsi ilə də keçiriləcək".
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a deyib ki, İran ətrafında hamlqanın daraldığını, vəziyyyətin qəlizləşdiyini görürük:
"Artıq müxtəlif fikirlər səslənir ki, Suriyadan sonra növbəti hədəf İrandır. Hətta müxtəlif formalarda İrana təzyiqlərin artdığının şahidi oluruq. Bu təzyiqlərin növbəti hədəfi isə İranın atom enerjisi ilə bağlı çalışmalarıdır. İran hər tərəfdən əhatəyə alınaraq sıxışdırılır. Tehran vəziyyətin daha da pisləşməsini istəmirsə, Qərbin dediklərinə əməl etməlidir. İran isə bununla razılaşmır. Buna görə də hazırkı durum hələ bir müddət də davam edəcək".