Gürcüstanda Qərbin fətvasına uyanlar nəzərə almalıdırlar ki, 2008-ci ildə rus qoşunları Tiflisə çatanda onlar de-fakto tək qalmışdılar
Bu gün Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Gürcüstanda baş verən son hadisələr müzakirə olunacaq. Bu barədə AI Şurası məlumat yayıb. Bildirilib ki, iclasa Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas sədrlik edəcək.
Məlumatda qeyd olunub ki, Bu gün Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Gürcüstanda baş verən son hadisələr müzakirə olunacaq.
Bu barədə AI Şurası məlumat yayıb.
Bildirilib ki, iclasa Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas sədrlik edəcək. Məlumatda qeyd olunub ki, Xarici İşlər Şurası son hadisələrə, təhlükəsizlik və müdafiə sahələrində sürətlə dəyişən vəziyyətə diqqət yetirərək cari məsələləri müzakirə edəcəklər. Nazirlər Moldova və Gürcüstanda baş verən hadisələrə də toxunacaqlar.
Politoloq Kazım Kazımov “Sherg.az”a bildirib ki, Gürcüstandakı son proseslər ölkədə xaotik vəziyyətin yaranmasına səbəb olub:
“Belə vəziyyətin Gürcüstanda hakim olmasında isə Qərbdəki bir çox dairələr maraqlıdır. 2008-ci ildə olduğu kimi yenə Gürcüstanı Rusiya və Qərb arasında baş verən toqquşmaların meydanına çevirməyə çalışan qüvvələr mövcuddur. Çox yaxşı olardı ki, Avropa İttifaqı elə Kaya Kallas iclasda buna qarşı mövqe ortaya qoysun. Gürcüstanda vəziyyətin gərgin olması bütün Cənubi Qafqazda mənfi nəticələrə gətirib çıxara bilər. O cümlədən, Şərqi Avropada və Qara dəniz hövzəsində vəziyyətə heç də müsbət təsir etməyəcək. Digər tərəfdən isə Gürcüstanda Qərbin fətvasına uyanlar nəzərə almalıdırlar ki, 2008-ci ildə rus qoşunları Tiflisə çatanda onlar de-fakto tək qalmışdılar. Ona görə də yenə eyni günlərin yaşanmaması üçün Tiflisdə xaotik hərəkətlərə yol vermək gürcü xalqının gələcəyi üçün yaxşı nəticələnməyəcək. Gürcü xalqı seçkilərdə qalib gəlib və müxalifət bunu adekvat şəkildə tanımalıdır”.