Diqqətsizlik və hiperaktivlik: Qadınlarda daha sıx rast gəlinir
08:09 18.02.2025
Sağlamlıq
553
Son illərdə xüsusilə uşaqlarda daha tez-tez rast gəlindiyi ehtimal edilən diqqət dağınıqlığı və hiperaktivlik pozuntusu qadınlarda da olduqca yayğın imiş. Alimlərin apardığı tədqiqat qadınların tez-tez diqqət dağınıqlığına və hiperaktivlik pozuntusuna məruz qaldığını göstərib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən qadınlarda bunu göstərən 7 əlaməti qeyd edir. Birinci əlamət unutqanlıqdır. Qadınlar tez-tez diqqətsizlik, unutqanlıq, detallara diqqətsizlik kimi problemlər yaşayırlar. Araşdırmalar göstərir ki, bu vəziyyət qadınlarda daha çox stress və narahatlığa səbəb olur. İkincisi, daxili hiperaktivlikdir. Qadınlarda diqqət dağınıqlığının başqa bir fərqli xüsusiyyəti daxili narahatlıq vəziyyətidir. Ağıllarındakı narahatlıq, gün ərzində dəfələrlə nəzarəti itirmələrinə səbəb olur. Üçüncüsü, emosional dönüşlərdir ki, diqqət dağınıqlığı olan qadınlarda əhvalın dəyişikliyinə və depressiv əhvali-ruhiyyəyə səbəb ola bilər. Bir çox qadın diqqət dağınıqlığını emosional pozğunluqla qarışdıra bilər, lakin araşdırmalar göstərir ki, diqqətsizlik bilavasitə emosional balanssızlıqla bağlıdır. Dördüncü əlamət, qadınların tez-tez təşkilati və ya vaxtın idarə edilməsi məsələlərində çətinliklərlə üzləşməsidir. Bu zaman tapşırıqları vaxtında yerinə yetirməkdə və evdə nizam-intizamı qorumaqda problemlər yaranır. Beşincisi, ictimai münasibətlərdə çətinliklərdir. Diqqət dağınıqlığı sosial münasibətlərdə də çətinliklər yarada bilər. Simptomlar arasında sosial vəziyyətləri idarə etməkdə çətinlik, başqalarının hisslərini başa düşməkdə çətinlik və ya bəzən çox danışmaq meyli ola bilər. Qadınlar bu əlamətlərə görə anlaşılmazlıqlar yaşaya və nəticədə sosial izolyasiyaya meyl edə bilərlər. Altıncı əlamət özünə hörmətin aşağı səviyyəsidir. Bir çox qadın diqqət dağınıqlığı səbəbiylə yaşadıqları çətinlikləri şəxsi çatışmazlıqlar kimi qəbul edə bilir ki, bu da özünə inamın itirilməsinə səbəb olur. Yeddinci əlamət hiperfokusdur. Bu, müəyyən bir mövzuya və ya hadisəyə həddindən artıq kilidlənmək, qalan digər hər şeyə isə məhəl qoymamaq deməkdir. Bunun nəticəsində qadınlar bəzən vacib işləri unudur və ya görməzdən gəlirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm