“Türk dilini təhlükəli dil hesab etmək absurd yanaşmadır” -AÇIQLAMA
Yusif Nəzərli
05:00 20.02.2025
Cəmiyyət
579
Faiq Ələkbərli: “Ayaz Salayevə Sovet Rusiyasının dilimizin başına açdığı oyunları təkrar-təkrar araşdırmağı və öyrənməyi məsləhət görərdim”
Zaur Əliyev: “Ayaz müəllim, ən təhlükəli bilirsiniz nədir? "Ana" və "ata" kimi gözəl sözlərin "mama" və "papa" kimi səslənməsidir”
Kinorejissor Ayaz Salayevin dilimizlə bağlı fikirləri ciddi müzakirələrə səbəb olub.
Baku TV-də Elçin Əlibəylinin verilişində Sabir Rüstəmxanlı ilə Ayaz Salayev arasında anlaşılmazlıq yaranıb.
Ayaz Salayev Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini bildirib.
Daha sonra o, “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir. Çünki mənim tələbələrim artıq “kasaba” deyirlər, “qəsəbə” sözünü işlədən yoxdur” deyib.
Bu fikir Sabir Rüstəmxanlının xoşuna gəlməyib və o, öz etirazını bildirib: “Ayaz bəy, bu elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dili bizim üçün təhlükədir. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?”.
Türkoloq-alim Faiq Ələkbərli “Sherg.az"a açıqlamasında deyib ki, Ayaz Salayevin dilləri müqayisə etməsi Azərbaycan türkcəsi ilə müqayisədə rus dilinin yox, məhz Türkiyə türkcəsinin daha təhlükəli olduğunu iddia etməsi düzgün yanaşma deyil:
“Bizim dilimiz üçün ən böyük təhlükə doğuran yad təsirlərdən biri elə rus dilidir. Rus dilinin təzyiqi altında Azərbaycan dilinin hansı təsirlərə məruz qaldığını xüsusi yada salmağa ehtiyac yoxdur – bu dilin mənfi və dağıdıcı nəticələri hazırda da məişət dilimizdə qalmaqdadır. Günümüzdə də işlətdiyimiz bir çox sözlər məhz bu təhlükədən qaynaqlanan bir haldır. Rus dilindən sadəcə şifahi nitqdə deyil, hətta elmi ədəbiyyatımızda da yanlış kəlmələr almışıq ki, dilimizin mahiyyəti pozulub. Ayaz Salayevə 40-60-cı illərdə həm əlifbamızın, həm də dilimizin başına Sovet Rusiyasının açdığı oyunları təkrar-təkrar araşdırmağı və öyrənməyi məsləhət görərdim. Onda görəcək ki, rus dili ana dilimizin öz mahiyyətindən uzaqlaşmasına necə təsir edib”.
Türkiyə türkcəsinin ilkin mahiyyətinin Azərbaycan türkcəsi ilə bağlı olduğunu vurğulayan alim qeyd edib ki, hamımızın dili türk dilidir. Türkiyə türkcəsinin də vətəni Azərbaycandır; ancaq Türkiyə türkcəsi ötən əsrin əlifba islahatı ilə ciddi şəkildə ilkinliyindən ayrılıb:
“Türk dilini Azərbaycan türkcəsi ilə müqayisədə təhlükəli etmək absurd yanaşmadır. Məgər 1930-cu illərə qədər bizim dilimiz türk dili adlanmırdı? Repressiyadan sonra dilimizə qarşı aparılan siyasət nəticəsində dilimiz adını dəyişdi. Saysız-hesabsız dilçi alimimiz, ziyalımız bu dilin identikliyi uğrunda sözün hər mənasında və bütün cəbhələrdə mübarizə apardığı üçün dilimiz öz mahiyyətini qoruyub saxlaya bildi. Məhəmməd Füzulilər, Seyid Əzim Şirvanilər, Məhəmməd Əmin Rəsulzadələr, Ziya Gökalplar, Nəsimilər hamısı türk dilində yazıb-yaradıblar. Ayaz Salayevin türk dilini təhlükə kimi görməsi sovet təfəkkürünün qalığıdır. Biz dilimizə rus yox, türk təfəkkürü ilə yanaşmalıyıq”.
Tarixçi alim Zaur Əliyev də Ayaz Salayevin fikirlərinə iradını bildirib:
"Ayaz müəllim, ən təhlükəli bilirsiniz nədir? "Ana" və "ata" kimi gözəl sözlərin "mama" və "papa" kimi səslənməsidir. Ayaz müəllim, 20 yanvarda, Xocalıda rus əsgərlərinin tankla əzib keçdiyi azərbaycanlı uşaqlar, qadınlar, kişilər "Ne ubivaete nas" (Bizi öldürməyin) desələr də, xeyri olmadı. Rus öz dilində belə eşitsə də, tankı onların üzərinə sürdü.
Nuru Paşa isə sadəcə "kardeş yardımı" sözünü eşidib 31 mart soyqırımından sonra bu qırğınlar daha davam etməsin deyə, Bakını və Azərbaycanı erməni və ruslardan xilas etmişdi. 44 günlük müharibədə erməniləri məğlub etməyimizdə rolu olan "Bayraktar" da türk dilindədir və Azərbaycana qarşı ermənilərin istifadə etdiyi rus dilində olan "Tank T", "İskander" üzərində Qarabağda qələbə qazandı. İndi hansı dil daha təhlükəlidir, ona qərar verin...".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks