
Parlamentari: Ermənistanın əsas çıxış yolu beynindən revanşist fikirləri çıxarmaqdır
14:09 20.02.2025
Siyasət
417
Ermənistan hökuməti 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına qayıtmaq məsələsini nəzərdən keçirmir.
Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O deyib ki, sənədin 8 bəndi icra edilmədiyi üçün 9-cu bənd səbəbindən həmin sənədə qayıtmaq təəccüb doğurur:
“İrəvan öz imzasından ona görə imtina etmir ki, hazırda sənədin kənarda qalan hər hansı müddəası mövcud deyil və bu reallıqdır”.
Qriqoryan həmçinin ölkənin Konstitusiyasının yeni mətnindən 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin çıxarılmayacağı barədə xəbəri təsdiqləməkdən imtina edib.
Milli Məclisin deputatı Aydın Hüseynov "Sherg.az"a bildirib ki, Ermənistanın 2020-ci il 10 noyabr bəyanatından sonra üzərinə götürdüyü öhdəliklərdən biri də Naxçıvana gedən Zəngəzur dəhlizinin açılması idi:

"Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan iddiaları dəyişmək üçün addımlar atmayıb. Həmçinin qalib dövlət olaraq yalnız Azərbaycan regionda sabitliyi, sülhü və əmin-amanlığın tərəfdarıdır. Buna görə də rəsmi İrəvana bu günkü reallıqları əks etdirən, beynəlxalq hüquqlara söykənən təkliflər irəli sürüb. Lakin Ermənistan bütün bunlara qarşı biganə qalmağa davam edir. Eyni zamanda Fransa, Hindistan və digər ölkələrdən müasir hərbi-texniki silahlanmanı həyata keçirir, o cümlədən revanşist fikirlər səsləndirir. Nikol Paşinyanın başqa ölkələr tərəfindən idarə edilməsi və siyasi alət olduğu məlumdur".
Deputatın fikrincə, Azərbaycan öz ordusunu daha da qüvvətləndirməlidir və bu istiqamətdə işlər görülür:
"2025-ci ilin büdcəsində ölkənin ordusunun və müdafiə qüdrətinin artırılması, sərhədlərimizin etibarlı şəkildə müdafiəsi üçün 4,8 milyard manat vəsait nəzərdə tutulub. Azərbaycanın ən böyük istəyi Naxçıvanla quru yolla gediş-gəlişi təmin edə bilmək, yəni Zəngəzur dəhlizinin açılmasıdır. Bu, dövlətimizin haqlı tələbidir. Ümumiyyətlə Ermənistan iqtisadiyyatı getdikcə çökür. Buna görə də əsas çıxış yolu Azərbaycanın irəli sürdüyü layihələrdə iştirak etmək, kommunikasiyaları açmaq və beynindən revanşist fikirləri çıxarmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol