
Qarlı və buzlu havada təhlükəsizlik hər zaman ön planda olmalıdır -AÇIQLAMA
Yusif Nəzərli
12:20 21.02.2025
Cəmiyyət
518
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar olaraq 55 nəfər müraciət edib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.
2 nəfərə cərrahi müalicə tətbiq olunub.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, qar yağması və yolların buz bağlaması insanların təhlükəsizliyi üçün ciddi təhlükələr yarada bilər:

“Hava şəraitini nəzərə alaraq, insanlar təhlükəsizliklərini ciddiyə almalıdırlar. Şaxtalı, qarlı havada hansısa bir yerə səfərlər edirlərsə və yaxud da istirahət üçün harasa gedilərsə, mütləq həmin yerdəki hava şəraitini, orada qarşılaşa biləcək təhlükələr nəzərə alınmalıdır. Çox vacib deyilsə, əlbəttə, bunları müvəqqəti də olsa, təxirə salmaq təhlükəsizlik baxımından daha məqsədəuyğun olar. Piyada hərəkət edən zaman yolun, sürüşmə ehtimalını nəzərə alaraq, ayaq geyimini ona uyğun seçməli, aşma təhlükəsi ilə olan qurğuların, reklam lövhələrindən mümkün qədər uzaq durması daha məsləhətlidir. Belə havada elektrik cihazlarına tələbat da artdığı üçün normadan artıq yüklənməməsinə diqqət etmək lazımdır. Ən əsası isə elektrik və qaz cihazlarını nəzarətsiz buraxmamaq lazımdır. Qar və buzlu hava şəraitində təhlükəsizlik hər zaman ön planda olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi