
BMT də tarixin arxivinə gedir - AÇIQLAMA
Yusif Nəzərli
07:53 22.02.2025
Siyasət
441
Onsuz da ABŞ beynəlxalq təşkilatlara məhəl qoymur, istədiyini edir
“Bütün bunlar normaldır, vaxtını başa vurmuş qurumlar tədricən meydandan getməli, yerini başqa təşkilatlara buraxmalıdır”
ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvləri ölkənin Birləmiş Millətlər Təşkilatından çıxmasını və qurumun maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim etməyə hazırlaşır. Senator Mayk Linin müəllifi olduğu layihə təqdim edildikdən sonra ölkə təşkilatın tərkibindən çıxmaqla yanaşı, həm də maliyyələşməni tamamilə dayandıracaq. Bu arada, hakim partiyadan olan senatorlar bəyanat verərək, təşkilatın ABŞ-nin maraqlarına cavab vermədiyini açıqlayıb. Bundan əlavə, ABŞ-nin BMT-nin sülhməramlı missiyalarında iştirakına qadağa qoyulacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kreml ABŞ-nin Birləşmiş Millətlər Təşkilatından (BMT) çıxa biləcəyi təşəbbüsünün təfərrüatlarını bilmir. Onun sözlərinə görə, Moskva bu təşəbbüsün bütün təfərrüatlarından məlumatsızdır: “Həqiqətən də, bu məsələ ilə bağlı xəbərləri oxumuşuq. Biz Birləşmiş Millətlər Təşkilatının aparıcı rolundan çıxış edirik".
Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli "Sherg.az"a deyib ki, bir sıra təşkilatlar artıq öz dönəmlərini bitirir və onların yerini yeni düzənə uyğun strukturlar əvəzləyir. Ekspert xatırladıb ki, Birinci Dünya savaşından sonra Millətlər Liqası qurulmuşdu:

"İkinci Dünya müharibəsi başlayandan sonra artıq Millətlər Liqasının heç nəyə təsir imkanları yox idi. Ona görə də savaşdan sonra Birləşmiş Millətlər Təşkilatı quruldu. Amma artıq 80 ildir fəaliyyət göstərən bu qurumun da təsir imkanları qalmayıb. ABŞ-İraq müharibəsində, Rusiya-Ukrayna müharibəsində bunun şahidi olduq. Güclü dövlətlər BMT-nin qərarlarını gözləmədən istədiyi ölkəyə hücum edirlər. Bu haqqı özlərində görürlər. Görünür, gələcəkdə BMT-nin qalıqları üzərində yeni təşkilat qurulacaq. Məsələn, Müstəqil Dövlətlər Birliyi (MDB) də öz fəaliyyətini formal səviyyəyə çatdırdığı üçün Rusiya KTMT və Avrasiya İtqisadi İttifaqı kimi yeni təşkilatlar yaratdı. Bu da normaldır, öz taleyini başa vurmuş qurumlar tədricən meydandan getməli, yerini başqa təşkilatlara buraxmalıdır. BMT-ni də bu aqibət gözləyir. Onsuz da ABŞ beynəlxalq təşkilatlara məhəl qoymur, istədiyini edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm