
Qida tədqiqatçısı: At ətindən mal əti adıyla dönər hazırlanması cəmiyyətdə ciddi narahatlıq doğurur
10:30 05.03.2025
Cəmiyyət
660
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı müəyyənləşib.
Bununla yanaşı, mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələrinin aşkarlandığı qeyd olunub.
“Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib.
Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib”, - məlumatda bildirilib.
Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyi və istehlakçı hüquqlarının qorunması ilə bağlı müzakirələr günbəgün artmaqda davam edir:

“Bu kontekstdə, mal əti adıyla at ətindən dönər hazırlanması kimi hallar cəmiyyətdə ciddi narahatlıq doğurur. Azərbaycan Respublikasının qanunvericiliyində at ətindən qida məhsullarının, o cümlədən dönərin hazırlanmasına birbaşa qadağa qoyulmayıb. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən,qida məhsulları istehlak üçün təhlükəsiz olmalı, onların tərkibi və mənşəyi istehlakçılara düzgün bildirilməlidir. At əti qida kimi istifadə oluna bilən məhsuldur və bir çox ölkədə (məsələn, Qazaxıstan, Monqolustan) ənənəvi qida mənbəyi hesab edilir. Lakin Azərbaycanda at ətinin istehlakı mədəni və psixoloji səbəblərdən geniş yayılmayıb və əksər hallarda istehlakçılar tərəfindən qəbul edilmir. Bu baxımdan at ətindən dönərin mal əti kimi təqdim edilməsi qanunla qadağan olunmasa da, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna müvafiq maddəsinə əsasən istehlakçıların düzgün məlumatlandırılması hüququnun pozulması kimi qiymətləndirilə bilər. Belə hallar saxtakarlıq kateqoriyasına aid edilərək inzibati və ya cinayət məsuliyyəti doğura bilər. Mövcud məlumatlar və keçmişdə də bu kimi aşkarlanmış faktlar problemin müəyyən miqyasda yayıldığını göstərir. At ətinin mal ətindən vizual olaraq fərqləndirilməsi çətin olduğundan və qiyməti əhəmiyyətli dərəcədə aşağı olduğundan, bəzi vicdansız satıcılar bu üsuldan qazanc əldə etmək üçün istifadə edə bilər. At ətinin əsasən xəstə və ya yararsız heyvanlardan əldə edildiyinə dair xəbərlər yayılır. Əgər ölkə üzrə sistemli araşdırma aparılarsa, xüsusilə kiçik dönərxanalarda və nəzarətin zəif olduğu regionlarda belə halların geniş yayıldığı ehtimalı yüksəkdir”.
Mütəxəssis əlavə edib ki, problemin həlli üçün kompleks tədbirlər vacibdir:
“At ətinin qida kimi istifadəsinə icazə veriləcəksə, bunun qaydaları (sanitariya standartları, etiketləşdirmə) dəqiq müəyyənləşdirilməli, mal əti adı ilə satışı isə açıq şəkildə qadağan olunmalıdır. AQTA və Daxili İşlər Nazirliyi birgə reydləri artırmalı, dönərxanalarda ətin mənşəyini yoxlamaq üçün sürətli testlərdən(məsələn, DNT analizi) istifadə etməlidir. Dönər istehsalçıları üçün ətin mənşəyini təsdiq edən baytarlıq sənədləri məcburi edilməli, bu sənədlər istehlakçılara açıq olmalıdır. İstehlakçıların hüquqları barədə məlumatlandırılması və şübhəli hallarda şikayət mexanizmlərinin asanlaşdırılması üçün kampaniyalar keçirilməlidir.Saxta məhsul satışı aşkarlanan şəxslərə qarşı cərimələr və fəaliyyətin dayandırılması kimi sanksiyalar artırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət