
Parlamentari: Naxçıvandan Türkiyəyə bağlantılarımız genişlənəcək
11:19 06.03.2025
Siyasət
585
Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Açılış mərasimində çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirdi ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.
Milli Məclisin deputatı Azər Badamov "Sherg.az"a bildirib ki, Azərbaycan və Türkiyənin Prezidentlərinin iştirakı ilə açılışı edilmiş İğdır-Naxçıvan qaz boru kəməri Naxçıvanın mavi yanacaqla təminatı baxımdan böyük əhəmiyyət daşıyır:

"Bu kəmər 80 km uzunluqda olmaqla gündəlik 2 milyon qaz nəql edərək ən azı 30 ildə təminatı həyata keçirəcək. Gələcəkdə boru xəttinin ötürmə gücünü hazırdakından daha da artırmaq imkanına malikdir. Gələcəkdə isə elektrik xətlər və dəmir yolu da çəkilməklə Naxçıvandan Türkiyəyə bağlantılarımız genişlənəcək. Zəngəzur dəhlizi açılandan sonra isə bu gün Türkiyədən enerji resursları idxal olunan marşutular gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac edilməsi üçün istifadə olunacaq. Çünki, Zəngəzur dəhlizinin açılması başlıca hədəflərimizdəndir və bu dəhliz vasitəsilə həm də enerji ixrac xətləri çəkiləcək. Bu gün Naxçıvanla Türkiyə arasında tikilən nəqliyyayat kommunikasiytaları və enerji ixrac xətləri uzun illər xalaqlarımızın rifahının yaxşılaşmasına və Türk dünyasının birləşməsinə, həm də xalqlarılmızın rifahına xidmət edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət