
BQXK Azərbaycanda etimadını itirdi - DEPUTAT
Yusif Nəzərli
00:33 07.03.2025
Siyasət
675
Təşkilat birtərəfli qaydada ermənilərə xidmət edir və neytrallığını qorumurdu
“Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda bizə məlumat verib”. Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant deyib. O bildirib ki, hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırlar: “Bu, bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”. APA-nın xəbərinə görə, rəsmi Bakı BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib. Eyni zamanda Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) də Azərbaycandakı nümayəndəliyin bağlanması barədə bildiriş göndərib. Bildirilib ki, bu, beynəlxalq təşkilatlarla əməkdaşlığın dayandırılması demək deyil. Azərbaycan əməkdaşlığı beynəlxalq təşkilatların regional və baş ofisləri ilə davam etdirəcək. Hökumətin əsaslandırmasına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəliyinin hazırkı fəaliyyətinə ehtiyac yoxdur. BQXK-nin fəaliyyətini zəruri edən səbəblər artıq aradan qalxıb.
Qeyd edək ki, Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasında keçmişdə də bəzi problemlər yaşanıb. Komitə 2020-ci illərin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndidə ofis açmışdı. Həmin vaxt Azərbaycanın israrına baxmayaraq, BQXK ofisini bağlamadı. Hətta 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra belə Beynəlxalq Qızıl Xaç Komitəsi Xankəndidəki ofisini bağlamaqdan imtina edib. Bundan başqa, Azərbaycan tərəfində BQXK-nin humanitar missiya adı altında qaçaqmalçılıqla məşğul olması barədə faktlar var.
Millət vəkili Azər Badamov da “Sherg.az”a açıqlamasında BQXK-nın Azərbaycandakı fəaliyyətinin ədalətli və səmimi olmadığını deyib:

“Torpaqlarımız işğal altında olduğu dövrdə əsir və itkinlərlə bağlı BQXK-sinin obyektiv araşdırmalar aparıb bir fəaliyyətini müşahidə etmədik. Amma Qarabağda olmuş xunta rejiminin təminatı və separatçıların ərazilərimizdən gizli yolla çıxardılması məsələləri sərhədçilərimiz tərəfindən ifşa olunmuşdu. Həm də o vaxtı Qarabağda yaradılmış ofis İrəvandan idarə olunurdu. Təbii ki, bu, Azərbaycanın suveren hüquqlarının pozulması idi. Biz bununla bağlı dəfələrlə etirazımızı bildirsək də, BQXK-nin baş ofisindən öz hərəkətlərində bir düzəliş etdiyini müşahidə etmədik. Onda belə çıxırdı ki, BQXK ermənilər üçün birtərəfli xidmət edir və özünün neytral statusundan çıxış etmir. Bu baxımdan BQXK Azərbaycanda etimadını itirmiş oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət