
Millət vəkili: D8-ə üzvlük investisiyaların hərəkətinə böyük imkanlar yaradacaq
13:09 07.03.2025
İqtisadiyyat
676
Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi”nə qoşulmasını təsdiqləyib.
Bununla bağlı parlamentin bugünkü plenar iclasında “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulur. Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, Azərbaycan D8 təşkilatının yeni bir üzvüdür:

“Azərbaycanın D8-ə üzv olan ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətindədir. D8 bütövlükdə iqtisadi əməkdaşlığa və stabilliyə töhvə verən qurumdur. Bu qurum ikili standartlara, xarici təhdidlərə qarşı birgə fəaliyyət nümayiş etdirməkdə maraqlıdır. Qruma üzv olan ölkələr qlobal aləmdə, eləcə də regionda ədalətin formalaşmasına dəstək verməyə çalışırlar və öz töhfələrini davam etdirirlər. Azərbaycan D8-ə üzv olan ölkələrlə güclü əməkdaşlıq qurub. Bu əməkdaşlıq xüsusilə ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və texnologiya sahələrində özünü göstərir. Məsələn, Azərbaycan enerji sektorunda güclü tərəfdaş kimi çıxış edərək D8 ölkələrinə neft, qaz və bərpaolunan enerji layihələri üzrə investisiya imkanları təqdim edə bilər.
Təbii ki, Azərbaycanın D8-ə üzvlüyü həmin əlaqələri daha da gücləndirəcək və dərinləşməsinə xidmət edəcək”.
Ekspert bildirib ki, həmin təşkilata üzvlük investisiyaların hərəkətinə böyük imkanlar yaradacaq:
“Üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və birgə layihələrin həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişafına mühüm töhfə verə bilər. Xüsusilə kənd təsərrüfatı, texnologiya transferi və nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Ümumilikdə, Azərbaycanın D8 təşkilatına üzvlüyü onun beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, investisiya cəlb edilməsinə və qlobal siyasətdə daha güclü mövqeyə sahib olmasına xidmət edəcək. Bu addım Azərbaycanın regional və beynəlxalq iqtisadi sistemdə rolunu daha da artıraraq, ölkənin davamlı inkişafına müsbət təsir göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət