Yelena Xaxalevanın Rusiyaya ekstradisiyasından imtina edilib
11:02 10.03.2025
Hadisə
512
Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılan Yelena Xaxaleva ilə bağlı qərar verilib.
Bu barədə APA-ya vəkil Şəhla Hümbətova bildirib.
Məlumata görə, onun ekstradisiyası ilə bağlı sorğu təmin edilməyib.
Yelena Xaxalevanın Rusiyaya ekstradisiya edilməsindən imtina edilib.
Qeyd edək ki, Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva yanvar ayında Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onunla bağlı Xəzər Rayon Məhkəməsində prokurorluğun təqdimatına baxılıb.
Yanvarın 24-də Xəzər Rayon Məhkəməsində Yelena Xaxalyeva barəsində 40 gün müddətində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarılıb.
Həbs qətimkan tədbiri onun ektradisiyası ilə bağlı hüquqi prosedurları həyata keçirmək məqsədi ilə seçilib.
Rusiya tərəfi bir müddət əvvəl onun barəsində dələduzluq və xidməti vəzifəsindən sui-istifadə ittihamları ilə axtarış elan edib və Rostov-na-Don məhkəməsi qiyabi həbs qərarı çıxarıb.
O, 1,2 milyon rubl ələ keçirməkdə, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxalyevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.
Daha sonra Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Məhkəmənin 4 fevral tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər rayon prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual