
Azərbaycanla Böyük Britaniya arasındakı strateji tərəfdaşlıq hərtərəfli inkişaf edir -ŞƏRH
11:32 11.03.2025
Siyasət
569
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri Vernon Kokerlə görüşüb.
Bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkədə bildirib.
“Birləşmiş Krallığın Müdafiə Nazirliyində Azərbaycan Prezidentinin köməkçisini səmimi qəbul etdiyiniz üçün təşəkkür edirik, cənab nazir!” – diplomat yazıb.
Qeyd edək ki, Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri ölkənin müdafiə siyasətinin müəyyən aspektləri üçün məsul olan yüksəkprofilli siyasi vəzifəli şəxsdir. O, Müdafiə Nazirliyinin tərkibində işləyir və müdafiə nazirinə dövlət strategiyalarının həyata keçirilməsində, habelə təhlükəsizlik və müdafiə sahəsində əsas qərarların qəbul edilməsində yardımçı olur.
Xatırladaq ki, daha əvvəl Hikmət Hacıyev krallığın bir sıra yüksəkvəzifəli rəsmi şəxsləri ilə görüşmüş, Azərbaycan – Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsini müzakirə etmişdi.
Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a deyib ki, Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlər hər zaman müsbət və strateji əməkdaşlıq ruhunda davam edib:

"Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və 1991-ci ilin dekabrında bunu rəsmiləşdirib. O vaxtdan bəri, xüsusilə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövrlərində bu əlaqələr daha da möhkəmlənib və hazırda yüksələn xətlə inkişaf edir.
Bu əməkdaşlığın ən bariz nümunələrindən biri neft-qaz sektorunda sıx tərəfdaşlıqdır. Böyük Britaniyanın enerji şirkətləri, xüsusilə BP, Azərbaycanın enerji layihələrində mühüm rol oynayır. Eyni zamanda, COP29 tədbirləri çərçivəsində Böyük Britaniyanın Baş nazirinin Bakıya səfəri iki ölkə arasında ekoloji və enerji sahəsində əməkdaşlığın da genişləndiyini göstərir.
Bundan əlavə, bu günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyevin Böyük Britaniyaya səfəri və hərbi əməkdaşlığın genişləndirilməsinə dair aparılan müzakirələr iki ölkə arasındakı əlaqələrin təkcə iqtisadi deyil, həm də təhlükəsizlik və müdafiə sahələrində gücləndiyini nümayiş etdirir. Bütün bunlar Azərbaycanın Böyük Britaniya ilə strateji tərəfdaşlığının hərtərəfli inkişaf etdiyini bir daha təsdiqləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual