Rasim Balayev: "Proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur"
12:50 11.03.2025
Cəmiyyət
607
Martın 10-da "Cinema Talks" çərçivəsində keçirilən panel müzakirədə gərgin anlar yaşanıb. Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əlisa Cabbarovla Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu bir-birini ittiham ediblər.
Əlisa Cabbarov bildirib ki, bu gün kino sahəsinə ayrılan pullar təyinatı üzrə xərclənmir. O, aidiyyəti qurumların bir-biri ilə yola getmədiklərini vurğulayıb:
"Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir. Dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir".
Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu isə ona belə cavab verib:
"Statistikaya əsaslanmaq lazımdır. Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda "44", "Borc", "Doğma torpaq" kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır".
Sherg.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev "Qaynarinfo"ya açıqlamasında xəstə olduğu üçün sözügedən tədbirə qatıla bilmədiyini qeyd edib:
"Kinoya ayrılan və xərclənən pullar şəffaf olmalıdır. Məsələn, bu gün "Azərbaycanfilm"ə pul vermirlər. Niyə? O boyda studiya qalıb gözdağı kimi. Əgər studiya varsa, niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul verirlərsə, bu açıqlanmalıdır. Əlisa düz deyir".
Sədrin sözlərinə görə, dövlətin kino sahəsinə ayırdığı pul Mədəniyyət Nazirliyinin balansına köçürülür:
"Nazirlik isə həmin pulu Kino Agentliyinin hesabına köçürür. Biz kino çəkən deyilik, amma ayrılan pullar kinoçəkənlərə, kinostudiyaya verilməlidir. Qəbul olunan ssenarilərin əsasında pul bölünməlidir. Amma bu gün proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur. Pulun hara və necə xərclənməsi ilə bağlı məlumatsızıq. Bizi narahat edən əsas məsələ odur ki, Cəfər Cabbarlı adına Kinostudiya uzun illərdir, boş dayanıb, amma onlara pul ayrılmır. Niyə? Onların nə məqsədi var? Kinostudiyanı bağlamaq istəyirlər? Ümumiyyətlə, qurumla bağlı plan nədir? Kinostudiya qalıb bomboş, üç-dörd nəfər də əməkdaşı, film çəkmək üçün hər şərait də var. Niyə onlara pul ayrılmır? Səbəbini demirlər. Desinlər, biz də bilək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual