"Oleq Bakinski" aclığa başlayıb
13:27 12.03.2025
Hadisə
319
Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə video formatda keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Elşən Soltanov "Global Force" şirkətində direktor vəzifəsində çalışdığını bildirib. O, imzalanan müqavilələrdən xəbərdar olmadığını söyləyib: "İmzaladığım müqavilələrin bir qismindən müəyyən səbəblərə görə xəbərim olmurdu. Neçə müqaviləni imzaladığımı xatırlamıram. Onların icrasından da məlumatım olmurdu. Ümumiyyətlə, bəzi məsələlərə görə şirkət daxilində rəhbərliklə problemlər yaşayırdım. Mən ofisin daxili işlərindən başqa heç nə ilə məşğul ola bilmirdim. Bu vəzifəyə məni Konstantin Kuçer təyin etmişdi".
Konstantin Kuçer prokurorun ünvanladığı suala cavab olaraq bildirib ki, o, belə bir tapşırıq verməyib.
Daha sonra K.Kuçerin vəkili vəsatət verərərək bildirib ki, zərərçəkənlərin 2024-cü ilin iyulun 1-dən, 2025-ci ilin fevralınadək əhatə edən dövrdə ölkəyə giriş-çıxışı ilə bağlı məlumatlar məhkəməyə təqdim edilsin. Onların Bakıda neçə dəfə olduğu müəyyən edilsin.
Məhkəmə müşavirəsi əsasında vəsatəti təmin edib.
Oleq Krapivinin vəkili isə müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib: "Oleq Krapivin peşəkar idmançıdır. Həmçinin o, aclıq aksiyasına da başlayıb. Onun ittiham olunduğu maddə az ağır cinayət hesab olunur. Xahiş edirəm onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edəsiniz".
Oleq Krapivin də vəsatətin təmin olunmasını xahiş edib: "Mən 60 yaşındayam. Azərbaycanlı şahidlər də təsdiqlədi ki, mənim hadisə ilə əlaqəm yoxdur. Biz öz şahidlərimizi qoyub, başqalarına niyə inanmalıyıq?”
Daha sonra sənədlər tədqiq edilib.
Məhkəmə tibbi ekspertizasının rəyində göstərilib ki, Valeriy Zaxarenkovun sol dirsəyi sınıb və alnında kəsik yarası var. O, bununla bağlı “Yeni Klinika”ya müraciət edib. Müəyyən edilib ki, onun sağlamlığına az ağır zərər dəyib.
Digrər sənədlərin tədqiq edilməsi növbəti prosesə saxlanılıb.
Hakim Elnur Nuriyev deyib ki, aclıq aksiyasının prosesə təsiri olmayacaq. Bu, bir növ məhkəməyə təzyiq kimi qəbul olunur.
Məhkəmə Oleq Krapivinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxmaq üçün müşavirəyə gedib.
Vəsatət təmin edilməyib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət