Saakaşviliyə daha bir hökm oxunacaq

Bu gün Tiflis şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə sərhədi qanunsuz keçmə işi üzrə hökm çıxaracaq.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Məlumata görə, siyasətçini 3 ildən 5 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, martın 12-də Tiflis məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.