Katz: HAMAS girovları azad etməkdən imtina etdikcə, Qəzzada daha çox ərazi itirəcək

İsrailin müdafiə naziri İsrael Katz orduya Qəzzada daha çox ərazi ələ keçirməyi əmr edib.

APA-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, İsrael Katz bildirib ki, HAMAS girovları azad etməkdən nə qədər çox imtina etsə, Qəzzada bir o qədər çox ərazi itirəcək.

“Bu ərazilər də İsrail tərəfindən ilhaq olunacaq”, - deyə İsrael Katz vurğulayıb.