Tramp və Pentaqon rəhbəri bu gün vacib açıqlama verəcək

ABŞ Prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqsetin Ağ Evdə mühüm açıqlama verəcəkləri gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası yazıb.

Açıqlamanın Bakı vaxtı ilə saat 19:00-da edilə biləcəyi ehtimal edilir.

Açıqlama ilə bağlı versiyalar arasında Çinlə mümkün müharibə ssenarisi, tariflər və ABŞ ordusunda genişmiqyaslı ixtisarlar var.