NASA-nın "Parker" roveri Günəşə rekord dərəcədə yaxın uçub

NASA-nın Parker roveri martın 22-də Günəşdən 23-cü uçuşunda bu günə qədər Günəşə ən yaxın ikinci keçidini tamamlayıb.
Sherg.az xəbər verir ki, keçid zamanı Parker Günəşə 6,1 milyon km yaxınlaşdı və saatda 692 min kilometr (430 min mph) sürətə çatıb. Bu, roverin 2024-cü ilin dekabrında keçidi zamanı əldə etdiyi rekord sürətdir. Rover, bütün elmi cihazları ilə birlikdə Günəşin xarici atmosferi olan tacdan vacib məlumatlar toplay;b.
Kosmik gəmi ən yaxın uçuş zamanı planlaşdırıldığı kimi avtonom şəkildə işləyib. Sonrakı əlaqə zamanı onların sistemlərinin normal işlədiyi təsdiqlənib.
Toplanmış məlumatların martın 25-i çərşənbə axşamı Yerə ötürülməsi gözlənilir.

Qeyd edək ki, Parker roverinin bu uçuşu günəş küləyi və tac fəaliyyətini əvvəllər əldə edilə bilməyən ölçmələrə imkan verir. Digər tərəfdən, dekabr ayında yaxın uçuş məlumatları hələ də araşdırılır.

Xatırladaq ki, 2018-ci ildə NASA tərəfindən buraxılan Parker Solar rover, Günəşə ən yaxın gələn və tacın içinə girən ilk insan istehsalı olan raketdir. Missiyası ərzində dəfələrlə Günəşə yaxın keçidlər edəcək vasitə, günəş küləyi, kosmosdakı hava və Günəşin davranışı ilə bağlı sirləri işıqlandırmaq məqsədi daşıyır.