Türkiyə İraqla PKK-ya qarşı mübarizəni müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün IV Antalya Diplomatik Forumu çərçivəsində İraqla keçiriləcək Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizmi toplantısında bölgədə İŞİD-ə qarşı mübarizə məsələsini müzakirə edəcək.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Qeyd olunub ki, toplantıya Hakan Fidan və iraqlı həmkarı Fuad Hüseyn həmsədrlik edəcəklər.

Tərəflər PKK və İŞİD-ə qarşı mübarizəni müzakirə etməyi planlaşdırır.