Zelenskiyə son təklif: Anlaşma olmasa, ABŞ geri çəkiləcək
Yusif Nəzərli
13:52 23.04.2025
Dünya
406
ABŞ, Rusiya-Ukrayna müharibəsində sülhü təmin etmək üçün Zelenskinin cavabını gözləyir. Kiyevə təqdim edilən təklifin ən diqqətəlayiq maddəsi, “Krımın Rusiyanın bir hissəsi olaraq tanınması” şərtidir.
“Sherg.az”xəbər verir ki, Amerikanın “Axios” xəbər saytına görə, ABŞ, Krımı Rusiyanın bir hissəsi olaraq tanımasını və 2022-ci ildə işğal edilən demək olar ki, bütün torpaqların Rusiyanın nəzarətində olduğunu qeyri-rəsmi olaraq qəbul etməsini istəyir. “Axios”-a görə, keçən həftə açıqlanan təklif, ABŞ-nin 2014-cü ildən bəri Rusiyaya tətbiq etdiyi sanksiyaların ləğv edilməsini və rus işğalı altındakı Xarkovun kiçik bir hissəsinin Ukraynaya geri qaytarılmasını ehtiva edir. Zaporojyedəki nüvə stansiyası Ukrayna torpağı olaraq qəbul ediləcək, lakin ABŞ tərəfindən idarə ediləcək və həm Ukraynaya, həm də Rusiyaya elektrik təmin edəcək.
Digər ABŞ media qurumlarında yayılan xəbərlərə görə, Rusiya Prezidenti Vladimir Putin cəbhə xəttinin dondurulmasını, ABŞ isə Krımı Rusiyanın torpağı olaraq tanımağı təklif edir. “Axios”a görə, ABŞ-nin keçən həftə Parisdə Ukraynalı rəsmilərə təqdim etdiyi tək səhifəlik sənəd, bunu ABŞ Prezidenti Donald Trumpın “son təklifi” olaraq təyin edir. Amerikanın “Wall Street Journal” qəzeti isə "Rusyaya qarşı iki əsas tələb var" deyərək, bunların Kırımı Rusiyanın Federasiyasına aid olduğunun tanınması və NATO-ya üzv olmağın rədd edilməsi olduğunu qeyd edib.
Digər tərəfdən, Zelenski ateşkəs tətbiq edildikdə Rusiya ilə danışmağa açıq olduğunu, lakin "Ukraynanın Krımı işğalını hüquqi olaraq tanımadığını" söyləyib. Ağ Ev tərəflərin yaxın vaxtlarda bir razılığa gəlməməsi halında geri çəkilməyə hazır olduqlarını vurğulayır. Trumpın təklifi, daha əvvəl Rusiyanın Krımı və şərqdəki dörd bölgənin bir hissəsini işğal etməsini qəbul etməyən Ukrayna Prezidenti Volodimir Zelenskinin mühüm güzəştlər etməsini tələb edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə