
Şəhid Rəcai Limanı hədəf seçilib - EKSPERT
01:52 29.04.2025
Siyasət
526
Hadisənin Təl-Əviv tərəfindən təşkil olunma versiyası güclənir
Məqsəd İranın nüvə obyektlərini sıradan çıxarmaq və mümkün olduğu təqdirdə, bu ölkəyə qarşı beynəlxalq müdaxiləni təmin etməkdir
Məlum olduğu kimi, aprelin 26-da İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında partlayış olub. “Tasnim” agentliyinin yaydığı məlumata görə, hadisə yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib. Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub.
İran İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian bildirib ki, partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb, yaralı sayı isə 750-dir. Hadisənin yanacaq saxlama çəninin partlaması nəticəsində baş verdiyi qeyd edilsə də, pərdəarxası məqamlar istisna deyil. Ümumiyyətlə, olay qəzadan çox, təxribata bənzəyir. Təxribatın pərdəarxasında İsrailin olduğu deyilir.

Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu son açıqlamalarında İranın nüvə proqramının tamamilə ləğv edilməli olduğunu vurğulayıb. O, İranın nüvə reaktorlarının və zənginləşdirmə obyektlərinin məhv edilməsinin vacibliyini qeyd edib:
"Şəhid Rəcai Limanı İranın cənubundakı ən böyük limanlardan biridir və strateji əhəmiyyətə malikdir. Liman İranın beynəlxalq ticarəti, neft ixracatı və regiondakı hərbi əməliyyatlar üçün mühüm rol oynayır. Yəni liman İranın nüvə proqramı ilə birbaşa əlaqəli deyil. O zaman sual yaranır. Təxribatı İsrail təşkil edibsə və Netanyahu son açıqlamalarında İranın nüvə reaktorlarının və zənginləşdirmə obyektlərinin məhv edilməsinin vacibliyini qeyd edirsə, o zaman niyə hədəf kimi Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanı seçildi? Görünür, bu bir xəbərdarlıq və ciddiyyət göstəricisidir. Hadisənin Netanyahunun İranı hədələyən sonuncu açıqlamaları fonunda baş verməsi bu versiyanı gücləndirir. Bu təxribatla Netanyahu növbəti hədəfin İranın nüvə obyektləri olduğu mesajını verə bilər. Digər yandan İsrail bu yolla hüquqi zəmin yaratmaq istəmiş ola bilər. Benyamin Netanyahu İranın nüvə reaktorlarının məhv edilməsinin vacibliyini qeyd etsə də, bu, asan deyil. Məsələn, BMT Nüvə Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi belə hücumların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. ABŞ rəsmiləri də nüvə obyektlərinə hücumların bölgədə tammiqyaslı müharibəyə səbəb ola biləcəyini deyiblər. Lakin hər şeydən öncə ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşması əldə etməyə çalışır, bu da hərbi əməliyyatların qarşısını almağa yönəlmiş yanaşmadır. Yəni belə bir zamanda İsrail İranın nüvə obyektlərini vura bilməz".
T.Rzayevin fikrincə, məhz buna görə öncə Şəhid Rəcai Limanı hədəf seçilib:
"Təl-Əviv bu yolla Tehranı təxribata çəkmək, daha dəqiq desək, İsrail ərazisini vurmasını istəyir. Yalnız bundan sonra İsrail İranın nüvə obyektlərini sıradan çıxarmaq üçün əməliyata başlaya bilər. İran tərəfi baş verən hadisəni qəza kimi təqdim edir. Lakin İran parlamentinin nümayəndəsi Məhəmməd Sərac deyib ki, Bəndər Abbas partlayışında İsrailin əli var və bunu dəlillər göstərir. Halbuki normalda İranda ciddi kampaniya başlamalı, dövlət hamılıqla İsraili ittiham etməli idi. Təkcə İranın bu yanaşması belə hadisənin Təl-Əviv tərəfindən təşkil olunma versiyasını gücləndirir. Əvvəldə dediyim kimi, İsraillə İran arasında gərginlik artır. Təl-Əviv İranı həm küncə sıxışdırır, həm də təxribata çəkməyə çalışır. Məqsəd İranın nüvə obyektlərini sıradan çıxarmaq və mümkün olduğu təqdirdə, bu ölkəyə qarşı beynəlxalq müdaxiləni təmin etməkdir. İsrail artıq anlayır ki, İrandakı rejim dəyişmədikcə və bu ölkə parçalanmadıqca Təl-əviv regionda maraqlarını təmin edə bilməyəcək. Bundan başqa, İsrail bunu həm də dövlət təhlükəsizliyi üçün həyati əhəmiyyət sayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol