Rusiya Finlandiya sərhədinə qoşun yığır

Rusiya Finlandiya sərhədində hərbi gücünü artıraraq Arktikada yeni gərginlik yaradır.

Axar.az xəbər verir ki, məlumatı “Nyu York Tayms” yazıb.

Qeyd olunub ki, yeni peyk görüntüləri Rusiyanın Finlandiya sərhədi yaxınlığında hərbi mövcudluğunu fəal şəkildə gücləndirdiyini təsdiqləyir:

“Yeni çadırların, qırıcılar üçün sığınacaqların və anbarların tikilməsi Kremlin Finlandiyanın NATO-ya üzvlüyünə cavab olaraq uzunmüddətli strategiyasından xəbər verə bilər”.