Ukrayna Çernobılda nüvə reaktorları quraşdırılmağı planlaşdırır

Ukrayna Çernobıldakı torpaq sahələrində kiçik modul reaktorlar yerləşdirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Təcrid Zonalarının İdarə Edilməsi üzrə Dövlət Agentliyinə istinadən RT-nin teleqram kanalında dərc olunan məlumatda deyilir.

Daha əvvəl “Şepot nefti” teleqram kanalı da hərbi əməliyyatlara, o cümlədən təcrid zonasına baxmayaraq, Ukrayna hökumətinin Çernobılın bərpa olunan enerji istehsalı sahəsinə çevrilməsi planı hazırladığı məlumat vermişdi.