Husilər İsrailin hava limanını ballistik raketlə vurdu

Husilər İsrailin Ben Qurion hava limanına növbəti dəfə raket zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Məsirah” telekanalı məlumat yayıb.

“Təl-Əvivin Ben Qurion hava limanına hipersəs ballistik raketilə zərbə endirilib. Husilər Qəzzaya qarşı təcavüz dayanana və blokada aradan qaldırılana qədər əməliyyatları davam etdirəcək”, - məlumatda bildirilib.