Tramp: Demokratiyanı silah gücünə yaymayacağıq

ABŞ daha demokratiyanı məcburi şəkildə, silah gücünə yaymayacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vest-Pointdə (Nyu-York ştatı) yerləşən ABŞ Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ordunun əsas vəzifəsi başqa ölkələrin mədəniyyətini dəyişdirmək deyil, təhdidlərin qarşısını almaq, onları məhv etmək və ABŞ-nin maraqlarını qorumaqdır.

Tramp həmçinin qeyd edib ki, 2024-cü ildə Ağ Evə qayıtdıqdan sonra ABŞ ordusunun dünyada nüfuzu bərpa olunub.

"Bizə yenidən hörmət edirlər, çünki aydın şəkildə bildirmişik: ABŞ artıq şübhəli eksperimentlərə resurslar sərf etməyəcək", - o əlavə edib.