
Fransanın Gorusda konsulluq açması… -ANALİTİK
09:02 27.05.2025
Cənubi Qafqaz
417
Bakıdan çox Tehranı, eləcə də Moskvanı narahat etməlidir
Fransa Gorusda baş konsulluq açmağı planlaşdırır.
Erməni mediasının məlumatına görə, bunu İrəvana səfəri çərçivəsində Fransanın xarici işlər naziri Jan Noel Barro deyib.
Fransanın Gorusda baş konsulluq açmaq planı regionda xüsusi həssaslıq doğurur. Bu addım xüsusilə Zəngəzur dəhlizi ətrafında gedən proseslər və Fransa-Ermənistan münasibətlərinin intensivləşməsi fonunda müxtəlif şərhlərə səbəb olub.
Siyasi ekspertlərin fikrincə, Fransanın Gorusda baş konsulluq açmaq planı qətiyyən sırf diplomatik və ya texniki məsələ deyil. Bu addımın arxasında Ermənistanın Cənubi Qafqazda geosiyasi dayağa çevrilməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı dolayı təzyiqlərin artırılması niyyəti dayanır.
Siyasi ekspert Sona Əliyeva Sherg.az-a açıqlamasında bildirib ki, Fransa Cənubi Qafqazda birtərəfli və qərəzli siyasət aparmaqla regionda sülhün deyil, qarşıdurmanın tərəfini tutur:

"Fransanın Gorusda konsulluq açması Bakıdan çox Tehranı, eləcə də Moskvanı narahat etməlidir. Çünki Fransa regiona gəlmək, Rusiya və İran bölgədən çıxmaq istəmir. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Bakı İrəvandan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Görünən odur ki, Prezident İlham Əliyev ilin sonuna qədər bu istəyinə də nail olacaq. Fransanın Gorusda konsulluq açması Qərbin, NATO-nun Cənubi Qafqazda möhkəmlənməsi deməkdir. Bu, daha çox İranla Rusiyanı narahat edən məsələdir. Biz heç bir hərbi bloka üzv deyilik. Qoşulmama Hərəkatının lider dövləti kimi çıxış edirik. Fransa isə NATO-nun aparıcı siyasi-hərbi parçasıdır. Əksinə, biz NATO-nun ikinci böyük gücü sayılan Türkiyə ilə müttəfiqik. Fransadan öncə həmin bölgədə Ermənistana dəstək məqsədilə konsulluq açdı. İranın bu addımı Azərbaycana milli maraqların təmini baxımından hər hansı maneə yaratmadı. Bu dəfə də belə olacaq. Düşünürəm ki, Paris İrəvanı öz çətirinə almağa çalışmaqla Rusiyanı daha da hiddətləndirmək istəyir. Müəyyən mənada bu, Bakının maraqlarına cavab verir. Yəni Ermənistan uğrunda savaş bizi yeni erməni təhlükələrindən sığortalaya bilər. Fransa Ermənistana uzaq ölkədir. Bir sözlə, konsulluq açmaqla Paris bu bölgədə heç nəyə nail ola bilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya