ABŞ administrasiyasında vitse-prezident Cey Di Vensin İranla bağlı açıqlamaları birmənalı qarşılanmayıb.
Sherg.az xəbər verir ki, CNN telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, Prezident Donald Trampın administrasiyasının bəzi nümayəndələri Vensin İranla münaqişənin Konqresə aralıq seçkilərdə respublikaçıların məğlubiyyətinə təsiri barədə fikirlərini müsbət qarşılayıblar.
Bəzi rəsmilər vitse-prezidentin əvvəllər qapalı müzakirələrdə səsləndirilən fikirləri açıq şəkildə dilə gətirməsindən məmnun qalıblar. Bununla belə, Vensin sərt açıqlamaları administrasiyanın digər nümayəndələri üçün gözlənilməz olub.
Nəşrin məlumatına görə, bəzi rəsmilər bunu Vensin siyasi gələcəyini qorumaq məqsədilə İran münaqişəsindən məsafələnmək cəhdi kimi qiymətləndiriblər.
Qeyd edək ki, Vens daha əvvəl X sosial şəbəkəsində İran əleyhinə əməliyyatın respublikaçıların seçkilərdə məğlubiyyətində əsas amillərdən biri olduğunu yazıb. Tramp isə vitse-prezidentin açıqlamalarının onların münasibətlərinə təsir etmədiyini bildirib.