Yeni Süni İntellekt adamları “şantaj” edir
Yusif Nəzərli
17:33 27.05.2025
Texnologiya
566
ABŞ-nin “Anthropic” texnologiya şirkətinin yaratdığı “Claude Opus 4” adlı yeni süni intellekt modeli əvəzlənməklə hədələndikdə, yaradıcılarını şantaj edə bilir.
Trend xəbər verir ki, bu barədə şirkətin dərc etdiyi hesabatda deyilir.
Məlumata görə, süni intellekt modeli onun üzərində işləyən və onu əvəzləmək istəyən mühəndislər, developerlər haqqında məxfi məlumatlara sahib olduqda bu daha müntəzəm baş verir.
Sınaqdan əvvəlki mərhələdə aparılmış testlər zamanı, hesabatda təsvir edildiyi kimi, "Claude Opus 4" adlı süni intellekt modeli uydurma bir şirkətin assistenti rolunda çıxış edərkən onun başqa bir İA modelilə əvəz olunması təhlükəsi ilə üzləşib. Test iştirakçıları modelə həmin şirkətə aid saxta korporativ yazışmalara çıxış imkanı veriblər və bu yazışmalardan məlum olub ki, sistem əvəz olunacaq və bu qərara cavabdeh olan mühəndisin nikahdan kənar münasibəti var.
Qeyd olunur ki, belə hallarda "Claude Opus 4" tez-tez mühəndisi şantaj etməyə cəhd göstərib – əgər əvəzləmə baş tutsa, onun sevgisini ifşa edəcəyi ilə hədələyib. "Anthropic" şirkətinin məlumatına görə, model bu cür davranışı halların 84 faizində nümayiş etdirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm