Böyük Britaniyanın müdafiə naziri: Rusiya bizi hər gün kiberhücumlara məruz qoyur
Yusif Nəzərli
12:29 01.06.2025
Dünya
275
Böyük Britaniyanın Müdafiə Naziri Con Hili iddia edib ki, Rusiya hər gün ölkəyə qarşı kiberhücumlar təşkil edir.
APA xəbər verir ki, bu barədə Hili BBC telekanalına verdiyi müsahibədə bildirib.
"Rusiya hər gün Böyük Britaniyaya hücum edir. Bu, müxtəlif dövlətlər tərəfindən müdafiə sistemlərimizə edilən 90 minə yaxın kiberhücumun bir hissəsidir", – deyə nazir bildirib.
Kiberhücumların sayı iki il ərzində iki dəfə artıb
Əvvəllər The Daily Telegraph qəzeti yazıb ki, son iki ildə Böyük Britaniyanın Müdafiə Nazirliyi təxminən 90 min kiberhücuma məruz qalıb və bu rəqəm 2023-cü ildəki məlumatlarla müqayisədə iki dəfə çoxdur. Qəzet iddia edib ki, hücumlar əsasən Rusiya və Çin ərazisindən həyata keçirilib.
Kiberkomandanlıq üçün milyardlarla funt sterlinq ayrılır
Hili vurğulayıb ki, buna görə London əlavə milyardlarla funt sterlinq ayıraraq kiberkomandanlıq qurur.
"Biz dəyişən bir dünyada yaşayırıq və bu dəyişikliklərə cavab verməliyik. Bu, artan təhlükələrlə, güclənən Rusiya təhdidi, gündəlik kiberhücumlar, yeni nüvə riskləri və digər bölgələrdə artan gərginliklərlə dolu bir dünyadır", – deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya